Lionel Messi altıncı dəfə “Qızıl buts” mükafatını qazanıb
İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messiyə altıncı dəfə “Qızıl buts” mükafatı təqdim olunub.

32 yaşlı hücumçu bu mükafata La Liqanın 2018-2019-cu il mövsümündə vurduğu 36 qola görə layiq görülüb. Hücumçu qeyd edilən nominasiyada “Paris Sen Jermen”in hücumçusu Kilian Mbappeni qabaqlayıb. K.Mbappe ötən mövsüm Fransa çempionatında 33 qolla yadda qalıb.

Qeyd edək ki, Messi karyerası ərzində bu mükafatı 6 dəfə qazanmağı bacaran yeganə oyunçudur.

Xəbər 710 dəfə oxundu.