Şahmatçımız dünya çempionatında ilk qələbəsini qazanıb | |
Hindistanın paytaxtı Dehlidə 20 yaşlı şahmatçılar arasında dünya çempionatında ölkəmizi təmsil edən Məhəmməd Muradlı ilk qələbəsini qazanıb. Təmsilçimiz hindistanlı rəqibi V.Raahulu məğlub edərək aktivinə 1 xal yazdırıb. Xatırladaq ki, M.Muradlı birinci turda israilli Yoan Milikova məğlub olub. On bir turdan ibarət dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir. |
|
Xəbər 820 dəfə oxundu. |
|
|