Uşu üzrə milli komandamız Çinə yollanıb
Oktyabrın 16-da Azərbaycanın uşu üzrə milli komandası Çinin Şanxay şəhərində keçiriləcək uşu üzrə XV dünya çempionatına yollanıb.

Oktyabrın 19-23-də baş tutacaq çempionatda ölkəmizi Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının bürünc və dünya çempionatının gümüş medal mükafatçısı Orxan Hətəmov (48 kq), dördqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Elçin Eminov (56 kq) və İslam Həmrəyliyi Oyunlarının bürünc və gümüş medalçısı Ruslan Pirəliyev (65kq) təmsil edəcəklər.

Uşu üzrə yığma komandamız dünya çempionatına federasıyanın prezidenti və baş məşqçisi Azər Həsənsoyun və böyük məşqçi Baharətdin Səlimovun rəhbərliyi altında çıxış edəcəklər.

Qeyd edək ki, Çində keçiriləcək dünya çempionatında 120-ə yaxın ölkənin idmançıları iştirak edəcəklər.


Xəbər 649 dəfə oxundu.