Bu dəfə Münhendə
Güllə atıcılığı üzrə Azərbaycan milli komandası növbəti mötəbər yarışda qüvvəsini sınayacaq. İdman.com.az saytının məlumatına görə, İtaliyanın Milan şəhərində dünya kubokunun mərhələ yarışında iştirak edən həmyerlilərimiz – İradə Aşumova və Ruslan Lunyov, bu dəfə Almaniyanın Münhen şəhərində analoji turnirin növbəti mərhələsində iştirak edəcəklər.

Onların hər ikisi yenə 10 və 25 m məsafəyə atəşaçmada mübarizə aparacaqlar. Qeyd edək ki, sabah start götürəcək yarış mayın 28-də başa çatacaq. Turnirdə 85 ölkədən 678 idmançı çıxış edəcək.

Xəbər 1257 dəfə oxundu.