“FIDE Grand Swiss 2019”: şahmatçılarımızdan 3 heç-heçə, 1 məğlubiyyət
Böyük Britaniyanın Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin altıncı turunun oyunları başa çatıb.

Şahmatçılarımız Nicat Abbasov ermənistanlı Qabriel Sarkisyan, Rauf Məmmədov rusiyalı Vladislav Artemiyev, Eltac Səfərli argentinalı Maksim Çiqaevlə heç-heçə edib. Vasif Durarbəyli isə israilli Ariel Erenberqə məğlub olub.

Altı turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 3,5 xal qazanıblar. E.Səfərlinin 3, V.Durarbəylinin isə 2 xalı var.

İddiaçılar turnirinə vəsiqə qazandıracaq turnirə oktyabrın 21-də yekun vurulacaq.

Xəbər 757 dəfə oxundu.