Millimiz San Marino yığmasına qalib gəlib
19 yaşadək futbolçulardan ibarət yığmamız Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib.

Samir Əliyevin baş məşqçisi olduğu kollektiv San Marino yığması ilə üz-üzə gəlib. Qarşılaşma milli komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. İlk qolu 22-ci dəqiqədə Rüfət Abdullazadə vurub. 50-ci dəqiqədə isə Tural Bayramov fərqi iki topa çatdırıb.

Qeyd edək ki, Azərbaycan millisi əvvəlki matçlarda Norveçə 0:1, Çexiyaya isə 0:4 hesabı ilə uduzduğu üçün növbəti mərhələ şansını itirib.


Xəbər 725 dəfə oxundu.