Azərbaycan Aykido Mərkəzində beynəlxalq seminar təşkil olunacaq
Oktyabrın 26-27-də Azərbaycan Aykido Mərkəzində Avrasiya Aikido Təşkilatını yaradıcısı və texniki direktoru Nəbi Vuralın rəhbərliyi altında beynəlxalq seminar keçiriləcək.

Seminara Gəncə, Oğuz, Şəki, Göyçay, Lənkaran və Astaradan idmançı və məşqçilər qatılacaqlar.

N.Vural 40 ildən artıq aikido ilə məşğul olur. O, Fransada ustad N.Tamuranın rəhbərliyi altında idmanın bu növünü öyrənməyə başlayıb. Ustad N.Tamura aikidonun banisi O-Sensey Morihey Ueşibanın tələbəsi olub. N.Vuralı ölkəmizə Azərbaycan Aykido Federasiyasının prezidenti 6 dan Sensey Fərhad Ələsgərov dəvət edib.

Ümumilikdə 200 nəfərin qatılacağı seminarda Rusiya, Fransa, Türkiyə və İrandan olan nümayəndələr də iştirak edəcəklər.

AZƏRTAC

Xəbər 685 dəfə oxundu.