Obama Bekhemin alt paltarına söz atdı
ABŞ prezidenti Barak Obama Ağ evdə «Los Anceles Qalaksi»nin futbolçularını qəbul edib. İdman.com.az saytının məlumatına görə, ölkə başçısı futbolçuları MLS-dəki qələbə münasibəti ilə təbrik edib və bəzi oyunçularla zarafatlaşıb. O, Devid Bekhemin idman və iş karyerasını şərh edərkən deyib:

«Az futbolçu tapılar ki, meydanda belə sərt oynasın və eyni zamanda özünün alt paltarını istehsal etsin. Üstəlik komanda yoldaşlarının çoxu onun uşağı yaşındadır. Biz qocalırıq. Ancaq, Devid, sən məndən yaxşı qalmısan».

Bekhem bu yaxınlarda H&M şirkəti ilə birgə özünün alt paltarı xəttini buraxmışdı. O öz məhsulunun reklamında da özü çəkilmişdi. Lakin sonradan bəyan etmişdi ki, daha belə reklamlarda çəkilmək fikrində deyilö Çünki, bu onun uşaqlarını məyus edir.

Xəbər 943 dəfə oxundu.