Yeniyetmələr arasında yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib
11-12 oktyabr tarixlərində Daşkəsən rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində 18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi günü münasibətilə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib.

67 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, Azərbaycanın Dövlət Müstəqilliyi gününün qeyd olunması, rayonda güləş idman növünün inkişaf etdirilməsi və idmanın kütləviliyinin təmin edilməsi olub.

Sonda qaliblər rayon Gənclər və İdman idarəsi tərəfindən mükafatlandırılıb.

Xəbər 851 dəfə oxundu.