Bu gün “FIDE Grand Swiss 2019” turnirində altıncı turun görüşləri keçiriləcək
Oktyabrın 15-də Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin altıncı turunun oyunları keçiriləcək.

Şahmatçılarımız Nicat Abbasov ermənistanlı Qabriel Sarkisyan, Rauf Məmmədov rusiyalı Vladislav Artemiyev, Eltac Səfərli argentinalı Maksim Çiqaev, Vasif Durarbəyli israilli Ariel Erenberq ilə qarşılaşacaqlar.

Beş turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 3 xal qazanıblar. E.Səfərlinin 2,5, V.Durarbəylinin 2 xalı var.

İddiaçılar turnirinə vəsiqə qazandıracaq turnirə oktyabrın 21-də yekun vurulacaq.

Xəbər 715 dəfə oxundu.