“Avro–2020”: Ukrayna Portuqaliyanı, İngiltərə isə Bolqarıstanı məğlub edib | |
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi üzrə səkkizinci turun növbəti oyunları keçirilib. Turun ən böyük hesabı A qrupunda yer alan Bolqarıstan və İngiltərə oyununda qeydə alınıb. Görüş qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb - 0:6. Ukrayna millisi isə öz meydanında Portuqaliya yığmasını 2:1 hesabı ilə məğlub edərək B qrupunun lideri kimi vaxtından əvvəl 2020-ci il Avropa çempionatına vəsiqə qazanıb. Günün 7 qarşılaşmasında aşağıdakı hesablar qeydə alınıb: “A” qrupu: Bolqarıstan - İngiltərə - 0:6; Kosovo - Monteneqro - 2:0. “B” qrupu: Litva – Serbiya - 1:2; Ukrayna – Portuqaliya - 2:1. “H” qrupu: Fransa - Türkiyə - 1:1; İslandiya – Andorra - 2:0; Moldova - Albaniya - 0:4. |
|
Xəbər 772 dəfə oxundu. |
|
|