Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqlayıb
Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyasında yüngül çəki üzrə kəmər sahibi Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqlayıb.

31 yaşlı rusiyalı idmançı “Netcast Zone”yə müsahibəsində həmin şəxsin, böyük ehtimalla, amerikalı Toni Ferqyuson olacağını bildirib.

Nurməhəmmədov ötən ay Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə amerikalı Dastin Puaryeni məğlub edərək ikinci dəfə çempion titulunu qoruyub.

Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. Otuz beş yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.

Xəbər 706 dəfə oxundu.