Pencak-silat üzrə millimiz açıq Avropa çempionatında uğurla çıxış edib
Pencak-silat üzrə Azərbaycan millisi Niderlandın Haaqa şəhərində keçirilən açıq Avropa çempionatında uğurla çıxış edib.

Çempionatda Azərbaycan təmsilçiləri dörd medal qazanıblar.

Gənclərin yarışında çıxış edən Xalid Əfəndiyev və Fidan Əlizadə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Böyüklərin mübarizəsində Elxan Cəfərov ikiqat Avropa çempionu adına sahib olub. Abdulla Abdullazadə isə yarışı üçüncü pillədə başa vurub.

Milli komandamız çempionatda baş məşqçi Abbas Hümbətovun rəhbərliyi altında yarışıb.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Ziya Mirzəyev turnirdə ədaləti qoruyub.

Xəbər 679 dəfə oxundu.