Futzal üzrə millimizin rəqibi heyətini açıqlayıb
Futzal üzrə dünya çempionatının əsas mərhələsində millimizin rəqiblərindən olan Monteneqro yığmasının heyəti açıqlanıb.

Baş məşqçi Sveto Ljesar 14 oyunçuya dəvət göndərib.
Heyətdə qapıçılar - Danilo Vucetiç (“Brskovo”), Milun Sekuliç, Dragoljub Despotoviç (hər ikisi “Titoqrad”), oyunçular - Eldin Çoroviç, Nikola Miniç, Nikola Vidakoviç (hamısı “Brskovo”), Petar Peroşeviç, Marko Spasojeviç, İlija Mugoşa, İvan Mugoşa, Aleksandar Obradoviç (hamısı “Titoqrad”), Jovan Popoviç (“Studenski dom”), Luka Vuletiç, Vaso Dubak (hər ikisi “Kataro 2019”) yer alıblar.

Xəbər 750 dəfə oxundu.