Astaralı boksçular Lənkəranda keçirilən xatirə turnirində 8 qızıl, 5 gümüş medal qazanıblar
Lənkəran rayonundakı Liman Regional Boks Mərkəzində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş boks üzrə turnir başa çatıb.

İki gün davam edən turnirdə Bakı şəhərinin, Cəlilabad, Masallı, Lənkəran və Astara rayonlarının idmançıları mübarizə aparıblar.

Astara rayonunu turnirdə şəhid Pəncəli Teymurov adına Siyəkü Boks Məktəbinin yetirmələri təmsil ediblər.

Xatirə turnirində astaralı idmançılardan Kənan Cəfərov (50 kq), Elbrus Fətəliyev (48 kq), Coşqun Şabanov (46 kq), Elsevər Qurbanlı (39 kq), Elmir Qurbanlı (28 kq), Amil Əliyev (48 kq), Alqayıt Cəlilov (47 kq) və Məhəmməd Mehrəliyev (34 kq) birinci, Qubadulla Nəcəfov (34 kq), Tural Hümmətzadə (52 kq), Əli Mehrəliyev (40 kq), Sinan Əhmədov (47 kq) və Surac İsmayılov (28 kq) ikinci yerləri tutublar.

Qaliblərə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin diplomları və medallar təqdim olunub.

Qeyd edək ki, astaralı boksçuları yarışa məşqçi-müəllim Eldar Əhədov hazırlayıb.


Xəbər 728 dəfə oxundu.