“Lokomotiv”–“Yuventus” matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək
FIFA referimiz Rauf Cabbarov futbol üzrə UEFA Gənclər Liqasının oyununa təyinat alıb.

Hakimimiz turnir çərçivəsində keçiriləcək “Lokomotiv” (Rusiya) – “Yuventus” (İtaliya) matçının baş hakimi olacaq. Ona həmyerlilərimiz Namik Hüseynov və Pərvin Talıbov kömək edəcəklər.

Oyun noyabrın 6-da Rusiyada təşkil olunacaq.

Xəbər 726 dəfə oxundu.