Güləşçimiz qitələrarası kubok yarışlarında üçüncü olub
Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə qitələrarası kubok yarışları keçirilib.

Azsport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın məşqçiləri Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında təmsil edən Gitinoməhəmməd Hacıyev (70 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı, Kamran Əliyev və Elgün Məmmədov turnirdə ədaləti qoruyublar.

Xəbər 697 dəfə oxundu.