Cəlilabadda kross qaçışı üzrə ölkə çempionatına yekun vurulub
Cəlilabadda kross qaçışı üzrə Azərbaycan çempionatına yekun vurulub.

Çempionatda 100-ə yaxın atlet 8 məsafə üzrə mübarizə aparıb.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda Bakı, Gəncə, Xızı, Naxçıvan, Bərdə, Xocalı və İsmayıllıdan olan idmançılar təmsil olunub.

Qızlar arasında Bahar Mustafayev (1 km), Günel Manafova (2 km), Aynur Əsədzadə (4 km) və Anna Yusupova (6 km) bütün rəqiblərini qabaqlayaraq qalib olublar. Kişilərin yarışında isə Mahmud Mehdiyev (2 km), Vahid Kərimov (3 km), İlham Abışov (6 km), Elman Abışov (10 km), veteranlarda isə Tapdıq Dadaşov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, qaliblər Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının diplom və medalları ilə təltif olunublar.

Xəbər 661 dəfə oxundu.