Güləşçilərimiz birinci Dünya Çimərlik Oyunlarında mübarizəyə başlayırlar
Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunları davam edir.

Oyunlar çərçivəsində çimərlik güləşi üzrə yarışlar oktyabrın 14-15-də keçiriləcək.

Oyunlarda ölkəmizi məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (90 kq-dan yuxarı) təmsil edəcəklər.

Oktyabrın 14-də P.İlyaslı, K.Əliyev, ertəsi gün isə İ.Yusubov və O.Nəzəriani qələbə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, reqlamentə əsasən hər çəkidə iştirakçılar əvvəlcə 2 qrupa bölünür. Hər qrupda ilk iki yeri tutan güləşçilər yarımfinala vəsiqə qazanacaqlar.

Xəbər 730 dəfə oxundu.