Salyanda güllə atıcılığı üzrə Azərbaycan kuboku yarışları təşkil olunacaq
Oktyabrın 20-də Salyanda kişilər və qadınlar arasında güllə atıcılığı üzrə Azərbaycan kuboku yarışları keçiriləcək.

Turnirdə pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışları təşkil olunacaq.

Yarışda ölkəmizin şəhər və rayonlarından olan güllə atıcıları iştirak edəcəklər.

Xəbər 1097 dəfə oxundu.