Şahmatçılarımız “FIDE Grand Swiss 2019” turnirinin beşinci turunda mübarizə aparacaqlar
Oktyabrın 14-də Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin beşinci turu keçiriləcək.

Şahmatçılarımızın üçü Rusiya təmsilçiləri ilə mübarizə aparacaq. Rauf Məmmədov Peter Svidler, Eltac Səfərli Maksim Çigaev, Vasif Durarbəyli Anton Demçenko ilə gücünü sınayacaq. Nicat Abbasov isə fransalı Etienne Bacrotla qarşılaşacaq.

Qeyd edək ki, dörd turun nəticəsinə görə R.Məmmədov, N.Abbasov hərəyə 2,5 xal qazanıblar. E.Səfərli və V.Durarbəylinin isə 2 xalı var.

İddiaçılar turnirinə vəsiqə verəcək yarış oktyabrın 21-dək davam edəcək.

Xəbər 705 dəfə oxundu.