Hövsan Olimpiya Kompleksində kunq-fu üzrə açıq Bakı kuboku turniri keçirilib
Hövsan Olimpiya İdman Kompleksində kunq-fu üzrə açıq Bakı kuboku turniri keçirilib.

Turnirdə paytaxt və bölgələrdən 300 idmançı iştirak edib.

İdmançılardan 280-ni həvəskar, 20-si isə peşəkar döyüşçü olub.

Yarışın qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Kunq-Fu Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.


Xəbər 663 dəfə oxundu.