Sərbəst güləşçilərimiz Dmitri Korikin Memorialında fərqləniblər
Rusiyanın Yakutsk şəhərində sərbəst güləş üzrə Dmitri Korkinin xatirə turniri keçirilib.

Ənənəvi yarışda böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında çıxış edən pəhləvanlarımızdan dördü fəxri kürsüyə qalxıb.

Abubakr Abakarov (79 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Pərviz İbrahimov (57 kq) ilə Hacımurad Hacıyev (74 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Memorialda beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyub.

Xəbər 704 dəfə oxundu.