Azərbaycan triatlonçuları birinci Dünya Çimərlik Oyunlarında iki medal qazanıblar
Milli Olimpiya Komitələrinin Assosiyasiyasının Qətərdə təşkil etdiyi birinci Dünya Çimərlik Oyunlarında Azərbaycan millisi iki medal qazanıb.

Qadınlar arasında aquatrilon idman növündə fərdi çıxış edən Kseniya Levkovska gümüş medala sahib olub.

Eyni idman növündə kişilərin yarışında mübarizə aparan Rostislav Pevtsov yarışı üçüncü pillədə başa vurub.

Xəbər 633 dəfə oxundu.