Usta cüdoçularımız dünya çempionatında daha iki medal qazanıblar
Mərakeşdə keçirilən veteran cüdoçular arasında dünya çempionatının üçüncü günü də Azərbaycan millisi üçün uğurlu olub.

Ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçu Mübariz Cəfərov M-4 kateqoriyası üzrə 81 kiloqram çəki dərəcəsində hamıdan güclü olub. O, Fransa, Rusiya, Portuqaliya və Gürcüstandan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici qarşılaşmada Fransa təmsilçisi Cimmi Kadosa qalib gələn cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

M-5 kateqoriyası üzrə 73 kiloqram çəki dərəcəsində yarışan Müşfiq Cəfərov dünya çempionatının bürünc medalına layiq görülüb. Bu, Azərbaycan millisinin Mərakeşdə qazandığı dördüncü medal olub.

Yarışın əvvəlki günlərində Fərhad Rəcəbli (M-7, 90 kq) və Məmməd Məmmədov (M-1, 73 kq) qızıl medal qazanıblar.


Xəbər 828 dəfə oxundu.