Cəlilabadda kross qaçışı üzrə Azərbaycan çempionatına start verilib
Oktyabrın 12-də Cəlilabadda kross qaçışı üzrə Azərbaycan çempionatına start verilib.

Çempionatda 100-ə yaxın atlet 8 məsafə üzrə mübarizə aparır.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda Bakı, Gəncə, Xızı, Naxçıvan, Bərdə, Xocalı və İsmayıllı komandalarından olan idmançılar təmsil olunur.

Qeyd edək ki, yarışa oktyabrın 13-də yekun vurulacaq.

Xəbər 734 dəfə oxundu.