Şahmatçılarımız “FIDE Grand Swiss 2019” turnirinin üçüncü turunda mübarizə aparırlar
Oktyabrın 12-də Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin üçüncü turunun oyunları keçirilir.

Şahmatçılarımız Rauf Məmmədov israilli Ariel Erenberg, Eltac Səfərli ukraynalı Pavel Eljanov, Nicat Abbasov hindistanlı Vişvanatan Anand, Vasif Durarbəyli ispaniyalı Francisco Vallejo Ponsla mübarizə aparırlar.

Qeyd edək ki, iki turun nəticəsinə görə E.Səfərli 1,5 xal, R.Məmmədov, N.Abbasov və V.Durarbəyli hərəyə 1 xal qazanıblar. İddiaçılar turnirinə vəsiqə qazandıracaq yarışın mükafat fondu 432 min 500 dollardır. On bir turdan ibarət turnir oktyabrın 21-dək davam edəcək.


Xəbər 724 dəfə oxundu.