“ClimBaku” Dırmanma Mərkəzi istifadəyə verilib

Yeni inşa olunmuş “ClimBaku” Dırmanma Mərkəzi mayın 15-də istifadəyə verilib. Mərkəzin açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) prezidenti Hüseynqulu Bağırov və federasiyanın dəvəti ilə ölkəmizdə səfərdə olan Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) sabiq prezidenti Mayk Mortimer iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə mərkəzlə yaxından tanış olub və idmançıların məşqlərini izləyiblər.
Sonra “ClimBaku” Dırmanma Mərkəzinin rəsmi saytının (www.climbaku.az) təqdimatı keçirilib.
Mərasim zamanı “Ümid-2” boulderinq yarışının qaliblərinə FAİREX-in diplomu, qayayadırmanma üzrə 3-cü dərəcə və müvafiq döş nişanları təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 2010-cu ilin əvvəlindən Beynəlxalq Dağçılıq Federasiyasının aktiv üzvüdür.

Xəbər 4518 dəfə oxundu.