Azərbaycan-İsveçrə oyununu serbiyalı hakimlər briqadası idarə edəcək
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də keçiriləcək Azərbaycan-İsveçrə oyununun hakimləri açıqlanıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, oyunun baş hakimi serbiyalı Novak Simovic olacaq. Ona həmyerliləri Svetozar Zivin və Nikola Djoroviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Milos Milanovic yerinə yetirəcək.

Azərbaycan-İsveçrə oyunu Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da saat 20:00-da start götürəcək.

Xəbər 751 dəfə oxundu.