Yeniyetmə şahmatçımız dünya çempionluğunun bir addımlığında
Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatı davam edir.

14 yaşlı şahmatçıların mübarizə apardıqları açıq turnirdə təmsilçimiz Aydın Süleymanlı 10 turun yekununda 8 xal toplayaraq liderliyini qoruyur.

Oktyabrın 12-də turnirin 11-ci turunun oyunları keçiriləcək. Şahmatçımız sonuncu turda Qazaxıstan təmsilçisi Sultan Amanzol ilə qarşılaşacaq.

Xəbər 738 dəfə oxundu.