Bədii gimnastika və aerobika üzrə Azərbaycan çempionatları davam edir
Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatı davam edir.

Yarışın üçüncü günündə yeniyetmə bədii gimnastlar top, gürzlər və lentlə mübarizə aparırlar.

Aerobika gimnastları isə qarışıq cütlüklər və üçlük qruplarında yarışırlar. Altıncı bölgələrarası kubok yarışlarında gənc bədii gimnastlar top, gürzlər və lentlə proqramlarını təqdim edirlər. Balaca gimnastlar qrup hərəkətləri yarışından güclərini sınayırlar.

Gimnastikanın hər iki növü üzrə yarışlarda Bakı və bölgələr üzrə ümumilikdə 200-dən çox idmançı iştirak edir. Bakı üzrə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Gymkids” klublarının, “Zirvə İnternational”, Zabrat idman klublarının, Respublika Kompleks İdman Məktəbinin, Şağan Olimpiya İdman Kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, Şirvan və Masallı təmsilçiləri birincilik uğrunda yarışırlar.


Xəbər 698 dəfə oxundu.