Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş futbol turniri keçiriləcək
AFFA-nın dəstəyi, Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə oktyabrın 12-dən 19-dək dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş futbol turniri keçiriləcək.

Turnirdə Futbol Veteranlarından, ADBTİA-nın müəllimlərindən, AFFA Hakimlər Departamentinin üzvlərindən, Hakim-inspektorlardan təşkil olunmuş 4 komanda iştirak edəcək.

Oyunlar AFFA Futbol Akademiyasının meydanında keçiriləcək.


Xəbər 707 dəfə oxundu.