Bakıda şahmat üzrə beynəlxalq reytinq turniri keçiriləcək
Oktyabrın 14-də "Elfim" Professional Şahmat Mərkəzinin Nərimanov filialında beynəlxalq reytinq turniri keçiriləcək.

Yarışda müxtəlif yaş qrupları üzrə şahmatçılar iştirak edəcəklər.

Yarış 7 turdan ibarət olacaq və turnirin nəticələri beynəlxalq reytinq hesablanması üçün FIDE-yə göndəriləcək.


Xəbər 704 dəfə oxundu.