Xüsusi olimpiyaçılar arasında cüdo üzrə növbəti respublika yarışı keçirilib
Bakıda xüsusi olimpiyaçılar arasında cüdo üzrə növbəti respublika yarışı keçirilib.

Kişilər arasında təşkil edilən turnirdə 38, 44, 50 və 66 kiloqram çəki dərəcələri üzrə qaliblər müəyyənləşib.

Yarışda bütün rəqiblərini məğlub edən Emil Məmmədzadə (38 kq), Sahil Eminov (44 kq), Ramal Hacıyev (50 kq) və Nikita Merkuriyev (66 kq) birinci yerə sahib olublar.
Qaliblər Xüsusi Olimpiya Komitəsi tərəfindən mükafatlandırılıblar.

Xəbər 731 dəfə oxundu.