Yeniyetmə şahmatçılarımız dünya çempionatında liderlər qrupunda yer alıblar
Hindistanda 14, 16 və 18 yaşlı oğlan və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında təmsilçilərimiz uğurlu çıxışlarını davam etdirirlər.

14 yaşlı idmançılar arasında açıq turnirdə mübarizə aparan Aydın Süleymanlı 9-cu turda növbəti qələbəsini qazanıb. O, 7,5 xalla ilk pillədə qərarlaşıb. Şahmatçımız 10-cu turda vyetnamlı Thien Phuc Vo Phamla mübarizə aparacaq. Digər şahmatçımız 14 yaşlı qızlar arasında mübarizə aparan Ayan Allahverdiyeva da uğurla çıxış edir. O, 7 xalla üçüncü pillədədir. A.Allahverdiyevanın növbəti turda rəqibi rusiyalı Yekaterina Nasyrova olacaq. Turnir 11 turdan ibarətdir.

Xəbər 721 dəfə oxundu.