Kunq-fu üzrə açıq Bakı kuboku turniri keçiriləcək
Oktyabrın 12-13-də Hövsan Olimpiya İdman Kompleksində kunq-fu üzrə açıq Bakı kuboku turniri keçiriləcək.

Turnirdə paytaxt və bölgələrdən 200-ə yaxın idmançı iştirak edəcək.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Kunq-Fu Federasiyası tərəfindən keçiriləcək yarışda bütün yaş kateqoriyasında olan idmançılar mübarizə aparacaqlar.

Xəbər 672 dəfə oxundu.