Şamaxıda yeniyetmə cüdoçular arasında regional birinciliyin qalibləri müəyyənləşib
Şamaxıda yeniyetmə cüdoçular arasında regional birincilik keçirilib.

Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunan yarışda Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Qobustan və Şamaxı idmançıları iştirak ediblər. Şimal bölgəsi üzrə birincilikdə oğlan və qız cüdoçular iki yaş qrupunda medallar uğrunda mübarizə aparıblar. U-15 kateqoriyasında oğlanlar arasında Musa Muradlı (30 kg), Tunar Məmmədli (34 kg), Ayxan Mirzazadə (38 kg), Elxan Mirzazadə (42 kg), İbadət Cəfərov (46 kg), Hüseyn Eyvazov (50 kg), Rəşad Məmmədov (55 kg), Ruslan İsmayılov (60 kg), Xasay Mahmudzadə (66 kg) birinci yeri tutublar.

Qızların yarışında Nərgiz Salahova (40 kg), Ziyafət Sadıqzadə (44 kg) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. U-18 kateqoriyasında isə Samir Qayıbov (46 kg), Babarəhim Mirzəyev (50 kg), Azər Əhmədov (55 kg), İbrahim İsayev (60 kg), Niyət Yaqubov (66 kg), Səda Ağayev (73 kg), Tamerlan Cabbarov (81 kg) oğlanlar arasında, Günay Eyyubova (44 kg) qızlar arasında keçirilən yarışda qalib olublar.

Daha çox medal qazanan Qəbələ cüdoçuları birinci yeri tutublar.

Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim olunub.

Xəbər 752 dəfə oxundu.