Həvəskarlar arasında XVIII payız/yaz birinciliyinin sənədləşmə və püşkatma mərasimi keçirilib
Oktyabrın 10-da AFFA-nın Futbol Akademiyasında 2019/2020-ci illər üzrə Bakı, Sumqayıt, Abşeron rayonunun kənd və qəsəbələrinin həvəskarlar arasında XVIII payız/yaz birinciliyinin sənədləşmə və püşkatma mərasimi keçirilib.

Tədbir AFFA-nın Bakı kəndlər futbol üzrə əlaqələndiricisi V.Davudov və BKFF-nın vitse-prezidenti A.Rzayevin rəhbərliyi ilə baş tutub. İclasın gündəliyində yarış iştirakçılarının qeydiyyatdan keçirilməsi, püşkatma, oyunların təşkili üçün yarış meydançasının təmin olunması məsələləri durub. Baş tutan püşkatma mərasimində Mübarizlər (Ceyranbatan) - Qardaşlar (Lökbatan), Dinamo (Suraxanı) - Mübariz B (Binəqədi), Xəzri (Buzovna) - Stern (Binə), Xəzər (Qobustan) - Mübariz A (Binəqədi), Cəsur (Zığ) - Balaxanılı (Balaxanı) komandaları qarşılaşacaqları məlum olub.Yarışda Nigeriyadan və Türkiyədən gənc futbolçuların da iştirakı gözlənilir.

Qeyd edək ki, cari ilin avqust ayında Qobustanda, sentyabr ayında Ceyranbatanda Mübariz İbrahimovun əziz xatirəsinə həsr edilmiş yarış keçirilib. Yarışın keçirilməsində əsas məqsəd gənc həvəskarlar arasında futbolu inkişaf etdirməkdir.



Xəbər 716 dəfə oxundu.