Peşəkar boksçular arasında keçirilən yarışda təmsilçimiz Nicat Həsənov qələbə qazanıb
“Baku Fight Lab” promoutorun dəstəyi ilə peşəkar boksçular arasında keçirilən yarışda təmsilçimiz Nicat Həsənov qələbə qazanıb.

Boksçumuz Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 6 raundluq reytinq görüşünün üçüncü raundunda özbəkistanlı rəqibi Şerzodbek Mamajonovu texniki nokautla məğlub edib.

Qeyd edək ki, bu, idmançımızın peşəkar boksda artıq ikinci qələbəsidir.

Xəbər 925 dəfə oxundu.