Azərbaycanın U-21 komandası Fransa millisinin qonağı olacaq
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün Fransa-Azərbaycan oyunu keçiriləcək.

Portuqaliyalı hakimlər briqadasının idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

“Stade de l`Epopee”də keçiriləcək oyunun baş hakimi Antonio Emanuel Carvalho Nobre olacaq. Ona həmyerliləri Nuno Pereira və Bruno Alves Jesus kömək edəcəklər. Dördüncü hakim funksiyasını Helder Malheiro yerinə yetirəcək.

Xəbər 861 dəfə oxundu.