Şahmatçımız dünya çempionatında liderlər qrupunda çıxışını davam etdirir
Hindistanda 14, 16 və 18 yaşlı oğlan və qızlar arasında şahmat üzrə dünya çempionatında səkkizinci turun oyunlarına yekun vurulub.

14 yaşlı şahmatçılar arasında açıq turnirdə mübarizə aparan təmsilçimiz Aydın Süleymanlı 8 turun nəticəsinə görə liderlər qrupunda çıxışını davam etdirir. Şahmatçımız 6,5 xalla ikinci yerdə qərarlaşıb.

On bir turdan ibarət dünya çempionatına oktyabrın 12-də yekun vurulacaq.

Xəbər 707 dəfə oxundu.