Zola «Latsio»nun sükanına keçə bilər
Premyer Liqaya yenicə dönən «Vest Hem»in keçmiş baş məşqçisi Canfranko Zola vətəni İtaliyada fəaliyyətini davam etdirə bilər.

İdman.com.az saytının məlumatına görə, onun yaxın günlərdə «Latsio»nun sükanına keçməsi ehtimalı var. Güman edilir ki, 45 yaşlı mütəxəssis bu gün romalıların rəhbərliyi ilə ilk danışıqlarını keçirəcək.

«Latsio» sükançısını yenicə itirib. Başa vurduğumuz həftədə komandanı 2010-cu ildən bəri çalışdıran Eduardo Reyya istefa ərizəsi yazıb. Onun istefası iki gün öncə rəsmi təsdiqini tapıb.

Xəbər 888 dəfə oxundu.