Azərbaycan badmintonçuları “Bahrain International Series” turnirində ilk görüşə çıxacaqlar
Oktyabrın 10-da Azərbaycan badmintonçuları Bəhreynin Madinat-İsa şəhərində keçirilən "Bahrain International Series" turnirində birinci görüşə çıxacaqlar.

Turnirdə ölkəmizi kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Ezmi Qovımuramadhoni təmsil edirlər. Mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaq E.R.Dviçayo hindistanlı Nikhit Laxmanla üz-üzə gələcək. Digər badmintonçumuz E.Qovımuramadhoni isə hindistanlı Jaşvant Dandu duelinin qalibi ilə qarşılaşacaq.

Oktyabrın 13-də başa çatacaq turnirə 55 badmintonçu dəvət olunub. Yarışın mükafat fondu 10 min dollardır.

Xatırladaq ki, Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə ötən il E.R.Dvicayo qızıl, E.Qovımuramadhoni isə bürünc medal qazanıb.

Xəbər 748 dəfə oxundu.