"Araz" komandası UEFA Çempionlar Liqasında ilk oyununu keçirib | |
UEFA Çempionlar Liqasında çıxış edən “Araz” futzal komandası ilk oyununu keçirib. Azərbaycan çempionu Belçikanın “Halle-Gooik” klubu ilə qarşılaşıb. Belçikada təşkil olunan görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb. “Araz”ın heyətində Xətai Bağırov fərqlənib. Təmsilçimiz növbəti oyununu oktyabrın 10-da Portuqaliyanın “Benfika” klubuna qarşı keçirəcək. |
|
Xəbər 729 dəfə oxundu. |
|
|