Bəhreyn Futbol Assosiasiyasının və AFFA-nın nümayəndələri arasında görüş olub
“Bəhreyn Milli Stadionu”nda futbol üzrə Bəhreyn və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Millimizin 3:2 hesabı ilə qələbə qazandığı oyundan əvvəl stadionda Bəhreyn Futbol Assosiasiyasının (BFA) və AFFA-nın nümayəndələri arasında görüş keçirilib.

Görüşdə AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, baş katib Elxan Məmmədov, BFA-nın vitse-prezidenti Ali Al Buainain və baş katib Ebrahim Al Buainain iştirak ediblər.

Hər iki milli assosiasiya arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Xəbər 864 dəfə oxundu.