Bakıda xüsusi olimpiyaçıların cüdo yarışı keçiriləcək
Bakıda xüsusi olimpiyaçıların cüdo üzrə növbəti respublika yarışı keçiriləcək.

Kişilər arasında təşkil ediləcək turnirdə 60-66, 66-73, 73-81, 81-90, 90-100 kiloqram və 100 kiloqramdan yuxarı çəki dərəcələri üzrə qaliblər müəyyənləşəcək.

Yarışda yer tutan cüdoçular Xüsusi Olimpiya Komitəsi tərəfindən mükafatlandırılacaqlar.

Xəbər 775 dəfə oxundu.