“FIDE Grand Swiss 2019” turnirində Azərbaycan dörd idmançı ilə təmsil olunacaq
Oktyabrın 10-da Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turniri start götürəcək.

İddiaçılar turnirinə vəsiqə qazandıracaq turnirdə 154 şahmatçı, o cümlədən reytinqi 2700-dən yuxarı olan 21 qrossmeyster mübarizə aparacaq.

Yarışda Azərbaycanı Rauf Məmmədov, Nicat Abbasov, Vasif Durarbəyli və Eltac Səfərli təmsil edəcəklər.

Turnirə oktyabrın 21-də yekun vurulacaq.

Xəbər 748 dəfə oxundu.