Cüdoçularımız Avropa Cüdo İttifaqının ənənəvi təlim-məşq toplanışında iştirak edirlər
İtaliyanın paytaxtı Romada Avropa Cüdo İttifaqının ənənəvi təlim-məşq toplanışı keçirilir.

Həm kişilər, həm də qadınlardan ibarət milli komandalarımızın üzvləri də toplantıda iştirak edirlər.

Beynəlxalq təlim-məşq toplanışına Fransa, İtaliya, Rusiya, Koreya Respublikası, Niderland, Almaniya, Belçika, Avstriya, Monqolustan, Sloveniya, İsveç, Çexiya, Ukrayna və digər ölkələrin ən güclü cüdoçuları qatılıblar.

Komandamızın hazırlıq prosesində iştirakı oktyabrda Əbu-Dabi şəhərində keçiriləcək “Böyük dəbilqə” və Avstraliyada təşkil ediləcək beynəlxalq turnirə hazırlıq məqsədi daşıyır.

Hər iki yarış Tokio Olimpiadasına lisenziya xalları verir. Təlim-məşqə oktyabrın 11-də yekun vurulacaq.

Xəbər 746 dəfə oxundu.