Sərbəst güləş üzrə millimiz Dağıstana yollanıb
Oktyabrın 28-dən noyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı keçiriləcək.

Mundiala daha yaxşı hazırlaşmaq məqsədilə sərbəst güləş üzrə müvafiq komandamız oktyabrın 9-da Dağıstana yola düşüb.

Məşqçilər Zəlimxan Hüseynov və Arif Abdullayevin rəhbərliyi altında oktyabrın 23-dək Mahaçqalada yerli komanda ilə birgə davam edəcək təlim-məşq toplanışında 13 güləşçi yer alıb. Hazırlıq prosesinin ilk günlərindən məşqlərdə İslam Bazarqanov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov, Sabir Cəfərov (hər ikisi 65 kq), Əşrəf Aşurov, Davud İbrahimov, Cəbrayıl Hacıyev (hamısı 70 kq), Murad Süleymanov (74 kq), Rəşad Yusifli (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) iştirak edəcəklər. Həftəsonu Yakutskda keçiriləcək Dmitri Korkin Memorialında çıxış edəcək Hacımurad Hacıyev (74 kq) və Abubakr Abakarov (79 kq) isə turnir başa çatdıqdan sonra təlim-məşq toplanışına qoşulacaqlar.

Xəbər 682 dəfə oxundu.