Güllə atıcılığı üzrə Bakı kuboku yarışlarının qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən “Neftçi İdman Klubu” İctimai Birliyinin zalında güllə atıcılığı üzrə paytaxt kuboku yarışları keçirilib.

Yarışda 33 idmançı birincilik uğrunda mübarizə aparıb.

On metr məsafəyə PT-4 tipli tapançadan atəşaçma yarışlarında Ruslan Qəhrəmanov birinci olub. Qadınların yarışında isə Kəmalə Yusifova fərqlənib.

PTÇ-4 tipli tapançadan 10 metr məsafəyə atəşaçmada Emil Əhmədov və Nigar Nəsirova qızıl medal qazanıblar.

İlk üç yeri tutan idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallar təqdim edilib.

Xəbər 1071 dəfə oxundu.